Misli Premyer Liqasının X turunda keçirilən "Sumqayıt" - "Araz-Naxçıvan" oyunundan sonra mətbuat konfransında baş məşqçimiz Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Maraqlı oyun alındı. Hər iki komanda müdafiədən yox, hücumda oynamağa üstünlük verdi. Ağır məğlubiyyət oldu. Komanda olaraq bu yenilgidən düzgün nəticə çıxarsaq, qarşıdakı oyunlarda faydasını görəcəyik. Oyunu rahat da başa vura bilərdik. Ancaq səhvlərimiz üzündən yenildik. Futbol səhvlər oyunudur. Səhvləri aradan qaldıra bilsək, qələbələrə yaxın olarıq.
Məğlubiyyətə görə sırf müdafiəçiləri günahlandırmaq istəmirəm. Fərdi səhvlərə çox yol verdik. Onları aradan qaldırmalıyıq ki, üstün olduğumuz oyunu məğlub başa vurmayaq".